28 noyabr 2018 00:10
11144

Almaniya haqqında bilmədikləriniz...

Almaniya Avropanın varlı və nüfuzlu ölkələrindən biridir. Özünün inkişaf göstəricilərinə görə, hər zaman digər ölkələrdən müsbət mənada seçilən bir ölkədir. Özünün tarixinə, qaydalarına və ənənələrinə görə də seçilən bir dövlətdir. Almaniya haqqında maraqlı məlumatları təqdim edirik:

* Almaniyanın ilk azərbaycanlı millət vəkili Rəhim Şmitdir.

* Almaniya Kansleri Angela  Merkelin prototipi  olan barbi oyuncağı var.

* Walt Disney filmlərinin tanıtım şəkil və videolarında görünən qəsr həqiqətən mövcud olan qəsrdir. Müəllif Almaniyadakı Norvanştayn qəsrindən ilhamlanaraq bu şəkili çəkib.

* Bu ölkədə 2022-ci ilə qədər heç bir Nüvə Elektrik Stansiyası qalmayacaq. Hökümət onları bağlamağa qərar verib.

* Almanca “təşəkkür edirəm” demək “yox, istəmirəm” mənasını verir. Biri sizə “çay istəyirsən?”deyirsə, qəbul etmək üçün “danke” yox “bitte”-xahiş edirəm deməlisiniz.

* İctimai yerlərdə  içki içmək qanunidir.  14 yaşlı uşaqlar yanında valideynləri olmaq şərtilə  içki içə bilərlər.

* Təhsil pulsuzdur. Bəzən xarici tələbələrə də bu haqdan faydalanmaq imkanı yaranır.

* Bazar günü kilsələrdən başqa  hər yer bağlı olur. Həmin gün səs-küy etmək qadağandır.

* Almanlar fantadan tort bişirirlər, adına da “Fantakuchen” deyirlər.

* Bu ölkədə  günorta yeməyi isti, axşam  yeməyi soyuq yeyilir.

* Almaniyada ənənəyə görə, pəncərəni açıq qoymaq uğursuzluq sayılır. Bu bir növ xəstəliklərin evə “çağırıldığını” bildirir.

* Almaniyada liftlərdə ,əllərində yük olan vətəndaşlar üçün ayaqla basmağa düymələr var.

* Alman qadınları kosmetikadan çox az istifadə edirlər.Həmçinin hündürdaban ayaqqabıları da xüsusi  günlər istisna olmaqla  geyinmirlər.

* BMW şirkətinin  ofis binası və muzeyi Almaniyanın  Münxen şəhərində yerləşir.

* Avropa Mərkəzi Bankı Almaniyada Frankfurtda yerləşir.

* Almaniyada 400-dən çox zoopark var. Dünyada ən böyük zoopark da burada yerləşir.

* Freyburq Almaniyanın ən isti şəhəridir.

* Avropada ən böyük qatar stansiyası Berlindədir.

* Almaniyada şillə vurulmasına görə cərimə 500 avrodur.

* Almaniyada bomjlar it saxlayır. Çünki itlərə baxdıqlarına görə onlara əlavə pul ödənilir.

Yaqut Ağaşahqızı