1983-ci ildə Amerikanın San Diego əyalətində polislər tərəfindən oğurluq edərkən tutulan qadın əgər onu buraxmazlarsa, ölənə qədər nəfəsini tutacağını söyləyib. Polislərin bu istəyini qəbul etməməsi nəticəsində qadın öz nəfəsini tutub və göyərərək ölüb.
İtaliyadaki bir ölüm hadisəsində Pisa şəhərində yaşayan Romollo Ribaldo adlı adam işsiz olduğu üçün intihar etməyə qərar verir.Həyat yoldaşı 42 yaşındakı Romollo Ribaldoya intihar etməməsi üçün yalvarır. Razı olan Romollo ağlamağa başlayır və əlindəki silahı yerə atır...və pis sürpriz ...
1995-ci ildə Amerikada bir kola maşınından pulsuz içki almağa çalışan adam maşından atılan kola qutusu başına sərt dəyməsi nəticəsində həyatını itirir.
Astronomiya elmində mühüm xidmətləri olan Tycho Brahe adlı danimarkalı elm adamı ayaq yoluna gedə bilmədiyi üçün ölmüşdür. XVI əsrdə yemək bitməzdən öncə süfrədən qalxmaq düzgün hərəkət hesab edilmirdi. Tycho Brahe qonaq olduğu bir mərasimə getməzdən əvvəl ayaq yoluna getməyi unudub. Mərasimdə içkini çox içən elm adamı ayaq yoluna getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan sidik kisəsi partlamışdır və 11 gün əzab çəkdikdən sonra ölmüşdür.
Argentina Buenos Airesdəki ölüm hadisəsində arvadını öldürməyə çalışan adam arvadını qaldıqları otelin 23-cü mərtəbəsindən aşağı atır. Qadın aşağı düşərkən elektrik tellərinə ilişir. Arvadının ölüb ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atır, məftillərədən yapışa bilmədiyi üçün yerə çırpılaraq dünyasını dəyişir.
Khay Rahnajet adlı İraqlı bir terrorist içində bomba qurğusu olan bir paketi poçt ilə sui-qəsd ünvanına göndərir. Paketin üzərində kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri göndərir.
Paketi görən naşı terrorist paketdə bomba qurğusu qurduğunu unudaraq paketi açır, bombanın partlaması nəticəsində parçalanaraq ölür.
Həyat yoldaşı ilə zarafat etmək istəyən Jake Fen adlı bir adam özünü güya asır. Evə gələn həyat yoldaşı ərinin özünü asdığını görüncə huşunu itirir. Bu zaman qapını açıq görən qonşu qadın içəri girir. Jake və yoldaşının öldüyü zənn edən qadın evi soymağa qərar verir. Evdən yığdıqları ilə çölə çıxmaq istəyən qadını görüncə Jake ona badalaq verir. Qadın cəsədin canlandığını zənn edərək qorxudan ölür.
Nyu - Yorkun işlək prospektlərinin birində bir avtomobil yol ilə gedən yaşlı qadına yüngülcə dəyir. Piyada tam yerdən qalxacağı zaman yoldan keçən biri qadına ayağa qalxmayacağı təqdirdə sığortadan yüklü miqdarda pul ala biləcəyini söyləyir. Yaşlı qadın da yıxıldığı yerə təkrar uzanır. Avtomobil sürücüsü isə piyadanın yerdən qalxdığını düşünərək qaza basır və piyada avtomobilin altında əzilərək can verir.
Misirdə əkinçilik edən bir adam toyuqlarından birinin Nil çayına düşdüyünü görür və toyuğunu xilas etmək üçün çaya tullanır. Lakin çayda boğulduğunu görüncə ətrafdakılardan kömək istəyir. Adamın köməyinə çatan oğlu atasına kömək etməyə çalışarkən o da boğulmağa başlayır. Ata oğul xilas olmaq üçün kömək istəməyə başlayırlar. Adamın arvadı qızları və digər oğlu kömək etmək istəyirlər, lakin onlar da suda boğulurlar. Beləliklə, 6 nəfərlik ailə boğularaq can verir, lakin toyuq xilas olur.
Könül Əliyeva “İki sahil”