08 avqust 2020 14:07
1159

Cəlilabad rayonunda açıq sahədə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğının başlaması barədə məlumat daxil olub.

FHN-dən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, iki hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.