08 fevral 2021 21:21
926

Muharrem İnce istefa verdi

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasın (CHP) sabiq Yalova millət vəkili Muharrem İnce partiyadan istefa verib.

“İki sahil” xəbər verir ki, ofisinin qarşısında mətbuat konfransı keçirən Muharrem İnce deyib: "Bunu bu gün ustefa verəcəm. Texnologiyadan istifadə edərək qısa müddətdə Elektron Hökumət vasitəsi ilə istefa edəcəyəm”.

M.İncə bildirib ki, 42 illik zəhmətdən sonra iki düyməyə basmaqla olmaz. İstefamın səbəblərini həftə içi yazılı şəkildəyayacam.

Qeyd edək ki, Türkiyədə siyasi partiya üzvlükləri elektron hökumət vasitəsi ilə araşdırıla bilər və istənildiyi təqdirdə ləğv edilə bilər.