25 aprel 2025 21:52
99

Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,3 maqnituda gücündə zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.