25 aprel 2025 16:14
129

Tramp: İsrailin İrana zərbə endirməsinə mane olmadım, amma...

ABŞ prezidenti Donald Tramp İsrailin İrana zərbə endirməsinə mane olmayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ağ Ev rəhbəri Time” jurnalına verdiyi müsahibədə məlumat verib.

Tramp deyib ki, o, İsraili dayandırmayıb, eyni zamanda onların rahat olması üçün də heç bir iş görməyib.

“...Çünki mən hesab edirəm ki, biz hücum etmədən sövdələşməyə nail ola bilərik”, - deyə, o, izah edib.

Tramp əlavə edib ki, İsrail və İran arasında potensial münaqişədə Amerika ordusunun iştirakını istisna etmir.