05 mart 2021 23:47
1180

Nic qəsəbəsində yanğın olub

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.