KÖŞƏ

Vəli İlyasov

Heykəldən heyif alan vandallar

30 aprel 2021 22:59
2327

İrəvanda Hindistanın milli və dini liderinin abidəsi təhqir olundu

Ermənistanda Hindistanın milli və dini lideri Mahatma Qandinin heykəli kobud şəkildə təhqir olunub. Bu barədə sosial şəbəkənin erməni seqmentində görüntülər yayılıb. Abidənin qoyulmasına ciddi etiraz edən ermənilər Mustafa Kamal Atatürkün və azərbaycanlıların dostu, soyqırımı əleyhdarı adlandırdıqları Qandinin şəxsiyyətini alçaldan nalayiq ifadələr işlədərək onun heykəlinə yumurta atıblar. Ancaq bununla sakitləşməyən azğınlaşmış ermənilər Hindistan Azadlıq Hərəkatının siyasi və dini liderinin abidəsində adı və soyadı yazılan lövhəni də söküblər.

Sosial şəbəkələrdə bir çox erməni istifadəçilər bütün dünyanın hörmətini qazanan və ehtiramla yad etdiyi hind xalqının liderini hətta faşist adlandırmaqdan da çəkinməyiblər. Səbəb isə sadədir, Mahatma Qandi erməni yalanlarına heç vaxt dəstək verməyib.

Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun funksioneri Lilit Qasparyan isə “Facebook” profilində yazmışdı: “Ermənistan paytaxtında Qandiyə abidə ucaldan xəyanətkar və satqın hakimiyyətimiz yəqin Mahatma Qandinin Türkiyəyə, xüsusilə də Mustafa Kamal Atatürkə böyük rəğbət bəsləməsi faktından vəcdə gəliblər”.

Qandinin heykəlinin yandırıldığı anın əks olunduğu foto sosial şəbəkələrdə yayılandan sonra ermənilər bunu məmnunluqla şərh ediblər.

Qeyd edək ki, Mahatma Qandinin abidəsi ötən il İrəvandakı Alabyan və Marqaryan küçələrinin kəsişməsindəki parkda ucaldılmışdı. Abidənin hazırlanmasını və quraşdırılmasını Hindistan vətəndaşı olan iş adamları ilə Hindistanın Ermənistandakı səfirliyi maliyyələşdirmişdi.

Dünyanın ən etibarsız və həyasız milləti olan ermənilər unudurlar ki, yüz illərdən bəri Hindistana sığınan çox sayda erməni orada zəngin evlər, villalar tikirlər, milyonlara sahib olurlar, firavan həyat sürürlər.

Yaddan çıxarıblar ki, 1918-ci ildə Azərbaycanın ləl-cəvahirat fondunu oğurlayıb aradan çıxan Bakı komunnasının rəhbəri Stepan Şaumyan Hindistanda gizlənmiş və uzun illər orada məxfi şəraitdə yaşamışdır.

Halbuki azərbaycanlıların soyqırımına şəxsən başçılıq etmiş bu quldurbaşı insanlıqdankənar cinayət əməllərinə görə ağır cəzalandırılmalı idi.

Burada qarşıya maraqlı bir sual çıxır: Ermənilər onlara yaşamağa yer, yeməyə çörək verən xalqlara nə üçün düşmən kəsilirlər? Dünyanın tanınmış siyasətçiləri, politoloqları və həkimləri belə qənaətə gəlirlər ki, bu, hələlik müalicəsi tapılmayan “erməni xəstəliyi”nin təzahürüdür. “Erməni xəstəliyi”nin simtomları yalnız onlara məxsusdur. Olsun, çarəsi heç tapılmasın!