03 iyun 2021 18:31
1359

Türkiyə mediası YAP-AKP görüşlərini geniş işıqlandırıb VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

"İki sahil" xəbər verir ki, Anadolu agentliyi, “Hürriyət”, “Sabah”, “Milliyət”, “Yeni şəfəq” və digər aparıcı qəzetlərin səfər ilə bağlı yaydıqları materiallarda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş, Ədalət və İnkişaf Partiyası Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala, Ədalət və İnkişaf Partiyası Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım ilə görüşləri, həmçinin iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması əksini tapıb.

Mediada əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqovun və AKP Sədrinin birinci müavini Numan Kurtulmuşun birgə mətbuat konfransında səsləndirdikləri fikirlər də işıqlandırılıb.