14 iyun 2021 18:34
873

Çexiyalı hücumçu meydanın mərkəzindən qol vurdu VİDEO

Futbol üzrə Avropa çempionatında baxımlıq qol vurulub.

"İki sahil" xəbər verir ki, Çexiya millisinin hücumçusu Patrik Şik Şotlandiyaya qarşı D qrupunun I tur matçında topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

25 yaşlı forvard 52-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab çexiyalıların xeyrinədir - 2:0.