Fransa milli komandasının futbolçusu Pol Poqba Almaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının qrup oyunundan sonra maraqlı addım atıb.
"İki sahil" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mətbuat konfransı zamanı masanın üzərindən pivə butulkasını götürərək yerə qoyub.
Qeyd edək ki, F qrupunun qarşılaşması Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Daha əvvəl Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola" imtina etməklə bağlı çağırış edib. Avropa çempionatına iyulun 11-də yekun vurulacaq.