17 iyun 2021 08:54
2319

Novxanıda ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Sumqayıtda ağır yol qəzası baş verib.

"İki sahil" xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Adilzadə Anar Çingiz oğlunun idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi "Hyundai" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Hyundai" daş hasara dəyib. Qəza nəticəsində avtomobildə olan hamilə qadın və onun əri ağır xəsarət alıb. "Chevrolet"in sürücüsü də ağır xəsarət aldığından hər üç yaralı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidi Pərviz Əliyevin APA-ya verediyi məlumata görə, "Chevrolet" yüksək sürətlə əks yola çıxıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb edilib.