23 iyun 2021 17:35
691

Eto AVRO-2020-də favoritini açıqlayıb

“Barselona”nın keçmiş futbolçusu Samuel Eto AVRO-2020 ilə bağlı proqnozunu verib.

“İki sahil” xəbər verir ki, əfsanəvi kamerunlu hücumçu turnirin favoriti qismində İspaniya millisini göstərib.

O, ispanların qrup mərhələsinin ilk iki turunda uğursuz çıxışına baxmayaraq, fikrini dəyişmədiyini açıqlayıb: “İspaniya millisini favorit hesab etmişəm, fikrim də dəyişməyib. Onların oyun tərzini sevirəm. Ancaq kuboku qazanmaq üçün qələbə qazanmalısan. Bu asan olmasa da, onların futbolçularına və Luis Enrikeyə inanıram”.

Qeyd edək ki, İspaniya millisi yer aldığı E qrupunda son oyununu bu gün Slovakiyaya qarşı keçirəcək.