26 iyun 2021 09:38
2079

Bəzi universitetlər "Məzun günü"nə hazırlaşır - VİDEO

Bu il ali məktəb məzunları ənənəvi formada tədbir keçirərək universitetləri ilə vidalaşa biləcəklər.

“İki sahil” xəbər verir ki, universitetlərin bəziləri artıq "Məzun günü" ilə bağlı hazırlıqlara başlayıb, amma bəziləri bu tədbiri keçirməyəcək.

Məsələn, Azərbaycan Dövlət Texniki Universiteti və Bakı Dövlət Universitetindən verilən məlumata görə, tədbirlə bağlı qərarlar qəbul edilib. Pandemiya qaydalarına əməl olunaraq məzunlar tədbirdə iştirak edə biləcəklər. Azərbaycan Dövlət İqtisadiyyat Universitetindən isə bildirilib ki, qərar gec qəbul edildiyi üçün universitetdə "Məzun günü" keçirilməyəcək. Odlar Yurdu Universiteti isə artıq tədbirin keçirilməsi üçün hazırlıqlarını başa çatdırıb.

Prorektor Qabil Qafarov bildirib ki, iyunun 28, 29 və 30-u universitetdə "Məzun günü" qeyd ediləcək.

Təhsil Nazirliyinin qərarına əsasən, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə "Məzun günü" təşkil edilə bilər.

Daha ətraflı videosujetdə: