KÖŞƏ

Zahid Rza

Qarabağ boyda daş düşsün başınıza…

07 iyul 2021 22:04
2711

Azərbaycanın uğurlarını gözü götürməyən, Vətən müharibəsindəki qələbəsini, müstəqil siyasətini qəbul edə bilməyən əleyhdarlarımızın buyruq quluna çevrilən sapı özümüzdən olan baltaların son günlər sosial şəbəkələrdə fəallıq nümayiş etdirmələri heç də təsadüfi deyil. “Siyasi mühacir”, bloqqer”, “müstəqil ekspert” adı altında gizlənərək ermənipərəst dairələrin çirkli qrantları ilə Azərbaycanımıza qənim kəsilən bu antimlli ünsürlərin II Qarabağ müharibəsindən sonra fəallaşması bir daha təsdiq edir ki, bu xəyanətkarlar ölkəmizə qarşı müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışan qüvvələrin maşası rolunu oynayırlar.

Təbii ki, bu satqın marginalların siması, daha doğrusu, simasızlığı hər birimizə bəllidir. Məlum xəyanətkar zümrənin ən fəal üzvlərindən biri də ölkəmizə qarşı qara piar kampaniyası aparan Sevinc Osmanqızıdır ki, onun da kimliyini, nə yuvanın quşu olmasını hamımız yaxşı bilirik. Jurnalist donuna bürünən bu şəxsin hələ ötən ilin iyul hadisələri zamanı erməniləri necə müdafiə etməsini də yaxşı xatırlayırıq. Belə ki, 2020-ci il iyulun 12-dən 15-dək Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığı günlərdə ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda, hətta məşhur erməni terror təşkilatı olan “ASALA” emblemli köynəklər geyinən erməni şovinistləri Los-Anceles şəhərində, Avropada, Rusiyada səfirliklərimizə və azərbaycanlılara qarşı qanlı savaş və təxribatlar başlatdıqları zaman Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirmişdi. Həmin vaxt özünü azərbaycanlı adlandıran S.Osmanqızı iddia edirdi ki, guya “sivil” qarşıdurmanı pozan Azərbaycan tərəfidir. “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”-deyən S.Osmanqızı bu hərəkətləri ilə açıq-aşkar erməniləri müdafiə etməklə əslində düşəmən dəyirmanına su tökürdü. “Onlar (xaricdə yaşayan azərbaycanlılar) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?”- deyən bu xanım jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları, onların soydaşlarımıza xəsarət yetirdiklərini, necə deyrələr, görməzlikdən gəlirdi. “Mən yenə də davanın kimin başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir ki, “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. 

Bütün bunlar S.Osmanqızının ermənipərəst dairələrlə birbaşa əlaqəsinin olduğunu, onlardan çirkli qrantlar müqabilində ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq tapşırığını almasını bir daha sübut edir. Onun ABŞ-dakı lüks həyat tərzi dediklərimizə şübhə yeri qoymur. Necə olur ki, təxminən 2012-ci ildə ABŞ-a köçən xanım jurnalist qısa müddətdə burada bahalı mənzil maşın alır, ən prestijli mağazalardan alış-veriş edir və sairə? Onun 261 min ABŞ dollarına alınan mənzili Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Bəli, çörəyi ilə böyüdüyü Azərbaycanın mənafelərini xarici ölkədə bahalı mənzilə, maşına, lüks həyat tərzinə xəyanətkar, satqın, mənəvi-psixoloji sarsıntılar içində olan S.Osmanqızının əsl sifəti budur. Yəqin ki, indi çoxları üçün antimilli ünsürlərin mətbuat xidməti rolunu oyanayan bu xanım jurnalistin qəlbində Azərbaycan xalqına qarşı bu qədər kin-küdurətin hardan qaynaqlandığı bəlli olur. Ancaq S. Osmanqızı kimilər bilməlidirlər ki, çirkli qrantlar, bahalı mənzillər hesabına ermənipərəst qüvvələrin və anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən satqın, xəyanətkar antimilli ünsürlərin ölkəmizə, xalıqmıza, dövlətimizə və dövlətçiliyimizə, milli birliyimizə, tarixi Zəfər qazandığımız II Qarabağ müharibəsinə qarşı apardıqları qara piar kampaniyası gec-tez fiaskoya uğrayacaq. Çünki S.Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun koordinasiya şurasının üzvləri, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərin əsl simasını xalqımız yaxşı tanıyır. Özlərini cəmiyyətdən təcrid edərək marginallaşmış, Vətəninə xəyanət edən belə antimilli ünsürlər gec-tez öz layiqli cəzalarını alacaqlar. Əslində belələrinə deyiləsi çox sözümüz var. İndilik isə bunu deyirik ki, Azərbaycan, Qarabağ boyda daş düşsün başınıza. Bu Vətənin çörəyi haram olsun sizlərə…