05 avqust 2021 17:38
979

Günün hansı vaxtında idmanla məşğul olmalı?

İdman etmək qədər idmanı doğru bir zamanda etmək də çox əhəmiyyətlidir. Əksəriyyətimiz  səhər idmanı edirik. Amma əslində bu, doğru deyil. Çünki səhərlər insan bədənindəki qan sıxlığı yüksəkdir və xüsusilə ürək və damar, qan təzyiqi xəstələri üçün səhər idmanı zərərlidir.

Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, idman üçün ən ideal saat günorta sonrasıdır, təxminən  16:00 – 19:00 arasıdır. Demək olar ki, bədən bu saatdan sonra yemək və istirahət üçün özünü proqramlaşdırır. Çəki vermək üçün axşam saatlarında edilən idman həzm sistemini gücləndirir və bədəndə yağ yığılmasına mane olur. Bunun üçün bu saatlarda edilən idman daha təsirlidir.

Samirə Tağıyeva, "İki sahil"