KÖŞƏ

Zahid Rza

Absurd teatrının baş aktyoru, monoloqçu Əli Kərimli anlamılıdır ki,..

29 oktyabr 2021 01:37
1502

2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Ermənistanın işğalının nəticələrinə diqqət yetirərək BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çox müddətdə icra olunmadığını vurğuladı. Dövlətimizin başçısı işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu bir daha vurğuladı: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində işğalçı ölkə ilə sərhəd rayonlarımızda mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Həmin gün ölkəmizin başçısı xalqımıza müraciət edərək bildirdi ki, bütün bunlara cavab olaraq Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir. Bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Dövlətimizin başçısı bəyan etdi ki, tarixi ədalət bizim tərəfimizdədir: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, Azərbaycanın öz haqq işi uğrundakı mübarizəsi qırx dörd günlük Vətən müharibəsindəki möhtəşəm Qələbə ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandanımızın elan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. İkinci Qarabağ müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Bu gün xalqımız Vətən müharibəsindəki Qələbənin sevincini yaşayır. Bütün dünya qırx dörd günlük salnamədən danışır. Qarabağın işğldan azad edilməsi yalnız erməniləri və onların havadarlarını, bir də ölkəmizdəki dağıdıcı müxalifəti, antimilli ünsürləri sözün əsl mənasında yasa batırıb. Əli anti-Azərbaycan dairələrin cibində olan, onların sifarişlərini yerinə yetirən AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, Müsavat Partiyasının başqanı Arif Hacılının və onların orbitində fırlanan Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun, Qənimət Zahidin, Sevinc Osmanqızının Fəhmin Hacıyevin və digərlərinin son vaxtlar sosial şəbəkələrdə ölkəmizə qarşı apardıqları qara piar kampaniyası bir daha təsdiq edir ki, bu antimilli zümrə təcavüzkar Ermənistan üzərində qazanılan tarixi Qələbəmizi həzm edə bilmir. Dövlətçiliyimizin əleyhinə olan bu böhtan kampaniyası ilə onlar həm də şəhidlərimizin ruhuna hörmətsizlik edirlər. Ölkəmizdəki xalq-iqtidar birliyi anti-Azərbaycan dairələrin girovuna çevrilən bu satqın, milli mənlik hissini itirən Vətən xainlərinin yuxusunu ərşə çəkir. Ancaq bütün bunlar əbəsdir. Çünki Azərbaycan cəmiyyəti dağıdıcı müxalifətin bu cür antimilli mövqeyini ikrah hissi ilə qarşılayır. Təbii ki, ictimaiyyətimiz ölkəmizin milli maraqlarını özlərinin və xaricdəki ağalarının mənafeləri naminə qurban vermək üçün ən çirkin vasitələrdən istifadə edən bu marginalların, zombiləşmiş qaragüruhçu dəstənin ermənipərəst dairələrlə işbirliyində olduqlarını yaxşı bilir. Başda AXCP sədri Əli Kərimli olmaqla dağıdıcı düşərgənin başbilənləri başa düşməlidirlər ki, xalqımız, ötən əsrin 90-cı illərində AXC-Müsavat hakimiyyəti illərində baş verənlərin canlı şahidi olanlar onların ləkəli “siyasi” bioqrafiyasına yaxşı bələddirlər. Ona görə də reallıqlarla barışmaq istəməyən bu marginal, satqın, mənəvi-əxlaqi deqradasiyaya uğrayan, xəyanətə vərdiş edən qaragüruhçu dəstə siyasi meydanı üzüsulu tərk edib getsə daha yaxşı olar. Ə.Kərimli kimilər artıq bilməlidirlər ki, indi elə dövr, zamandır ki, yalançı vədlərlə, “sosial şəbəkələrdə saxta vətənpərvərlik” şouları ilə kimlərisə aldadıb ətrafına yığmaq mümkün deyil. Yəni, dağıdıcı düşərgədəki absurd teatrının baş aktyoru, monoloqçu Ə. Kərimli anlamalıdır ki, onun tamaşaçıları zalı çoxdan tərk edib…