KÖŞƏ

Vəli İlyasov

Kişiliyini qoruya bilməyən Suren necə müdafiə naziri oldu?

17 noyabr 2021 00:57
1169

Ermənistanda bu adam öz ayaması ilə yaxşı tanınır. Ermənilər onu rusca “xoruz” adlandırırlar.

Bəli, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyan Ermənistan ordusunda hərbi xidmətdə olarkən taqım komandiri tərəfindən sistematik zorlanmaya məruz qalıb. Nəhayət, deyilənə görə ya da bundan bezən, ya da qeyrəti püskürən zərərdidə Papikyan komandirini bıçaqlayaraq türməyə düşüb. Faktla bağlı hay-küylü cinayət işi açılıb.  2006-cı il martın 27-də Suren Papikyan İrəvandakı 5-ci qarnizon hərbi məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını Nubaraşen şəhərindəki islah-əmək düşərgəsində çəkib. 2007-ci ilin fevralın 23-də isə əfv fərmanına uyğun olaraq azadlığa çıxıb. Bir neçə il asfalt biznesi ilə məşğul olaraq varlanıb. Nikol Paşinyan hakimiyyətə gələndən sonra onun vəzifə karyerası çiçəklənməyə başlayıb.

Göründüyü kimi, Ermənistanda müdafiə naziri təyin olunan Suren Papikyanın heç bir hərbi təhsili və rütbəsi yoxdur və erməni toplumu arasında “qır maqnatı” kimi də tanınır.

Erməni mənbələrində göstərilir ki, builki növbədənkənar seçkilərdən sonra etimad göstərilərək baş nazirin müavini təyin edilən, daha əvvəl isə ərazi idarəetmə və infrastruktur naziri olan Papikyan hökumətin özəyini əlində cəmləşdirmişdi və müxtəlif nazirliklərə nəzarət edirdi.

Suren Papikyan baş nazirin müavini olduqdan sonra Ermənistan hakimiyyətində qısa bir zamanda ölkədə ikinci adama çevrilib. Ona etibar odərəcədə yüksək olub ki, mühüm vəzifələrə kadr təyinatları ancaq onunla razılaşdırılırdı və komandada kimin qalıb-qalmayacağını da o müəyyən edirdi. Ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən getsə də Papikyan yolların, küçələrin, meydanların, parkların asfaltlanması  işlərində inhisarı öz əlində saxlayıb və iri pulların qazanılması sxemlərinə nəzarət edib. O, yol tikintisi, satınalmalarla bağlı bütün proseslərə şəxsən nəzarət edir, bütün maliyyə rıçaqlarını əlində cəmləşdirirdi.

Nəhayət, Ermənistanın baş naziri Nikol Paşinyan Qaragöl yaxınlığındakı uğursuz əməliyyatdan sonra ölkənin müdafiə naziri, general Arşak Karapetyanın vəzifəsindən azad edilməsi və onun əvəzinə baş nazirin müavini Suren Papikyanın təyin edilməsini vacib hesab edib. Baş nazir Paşinyanın qərarı adəti üzrə  əhalidə istehza ilə qarşılanıb. Ancaq general Arşak Karapetyanın vəzifəyə təyin olunmasının, necə deyərlər,  qırxı çıxmamış əvəzinə qır alverçisi Papikyanın təyin edilməsi heç kimi təəccübləndirməyib. Çünki Paşinyanın gözlənilməz gicbəsər qərarlar verməsinə artıq bu ölkədə vərdiş ediblər. “Ağıllı qərar”ın müəllifi Paşinyan isə qəribə təyinatı  barədə başqa fikirdədir. “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı". Bunu Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib. Neçə gündür Ermənistanda ağıllı hesab edilən adamlar ha baş sındırırlarsa baş nazirlərinin axmaq seçimini izah edə bilmirlər. Yəni məntiqə uyğun səbəb tapılmır. Ona görə də keçiblər şübhələrə...

Vallah, doğrudan da Paşinyan şübhəli adamdır, bundan nə desən çıxar. Elə bir təcrübəsi-filanı olmayan Papikyanı bu kürsüdən o kürsüyə oturtması, hakimiyyət rıçaqlarını və külli-ixtiyaratı onun əlinə verməsi və əzizləməsi qəribə təsir bağışlayır.  Çünki gənc Suren heç bir üstün cəhəti və təşəbbüskarlığı ilə başqalarından fərqlənməyib. Təbii ki, buna və daha bir çox səbəblərə görə Suren Papikyana Paşinyan tərəfindən bu qədər sonsuz diqqət və məhəbbət  xeyli şübhə doğurur. Öz namusunu qoruya bilməyən və üstəgəl hərbi işdən baş çıxarmayan bir adamı dalbadal belə böyük vəzifələrə və nəhayət, müdafiə naziri kimi məsul posta təyin etməsi Nikolun özünün də qeyrətinə əsaslı şübhə yaradır. Bəlkə elə bu da...