18 noyabr 2021 00:58
1168

Məğlub Ermənistan labirintdə

Tarixi Zəfərimizdən bir il keçsə də ötən il imzalanan üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın son günlərdə törətdiyi təxribatların cavabı atalarımızın miras qoyduğu müdrik kəlamlarla ifadə olunub: «İlan ulduz görməyincə ölməz», yaxud « Yalvarmaqla donuz darıdan çıxmaz». Reallıq budur ki, bütün məqamlarda çanaq təxribatlar törədən ermənilərin başında çatlayır.

Bölgədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin istəklərinə uyğun ermənilərin törətdikləri təxribatların qarşısı Azərbaycan Ordusunun rəşadətli əsgərləri tərəfindən alındı. Düşməni tutduğu mövqelərindən geri çəkilməyə məcbur edən Milli Ordumuzun əsgərləri xeyli silah-sursat ələ keçirdilər. Ermənistanın «məğrur ordusu» yenə canlı qüvvə və texnika sarıdan itki verərək dəmir yumruğun zərbəsindən qan daman gözləri ilə havadarlarını aradı. Unutdular ki, bir tikə çörək üçün hər gün bir qapıda quyruq bulayan satqınlara, xəyanətkarlara dar məqamda heç kim sahib çıxmaz.
Erməni xislətinin, faşizminin mahiyyətini bu toplum haqqındakı sözləri ilə izah edən yazarlar, siyasətçilər şahid olduqları məqamları qələmə alaraq ermənizmin məkrli mahiyyətini faktlarla göstərirlər. Erməni məfhumunu qana hərisliklə eyni mənada təsəvvür edənlər arasında dövlət səviyyəsində daşnakları dəstəkləyən, saxta «erməni soyqırımı» iddialarına himayədarlıq edən fransızların da olması o deməkdir ki, terrorçu, vəhşi ermənilər bir millət kimi sivil cəmiyyət tərəfindən qəbul olunmur. Ermənilərin fikirlərini, mənfur niyyət və duyğularını gizli saxlayan məkrli, kələkbaz olduqlarını bir çox yazıçılar qeyd ediblər. Onlara yardım göstərənlərə arxadan zərbə vurmaq da haylara məxsus nankorluqdur. Bu millətin xislətində bicliyi, əclaflığı, alçaqlığı müşahidə edənlər, hətta erməni jurnalistlər belə bu xalqın murdar xüsusiyyətləri barədə həqiqətləri söyləmişlər.

Son iki əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirən ermənilərin 30 il əsarətdə saxladıqları Azərbaycan torpaqlarında törətdikləri dağıntılara barbarlıqdan, vandallıqdan başqa ad vermək olmaz. Tarixi hadisələr də göstərir ki, Azərbaycanla bağlı beynəlxalq aləmdə müsbət rəy yarananda, yaxud yüksək səviyyəli tədbirlər keçiriləndə ermənilərlə birgə onları dəstəkləyənlərin də islamofobiya, qısqanclıq mərəzləri təzələnir. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunan qərarlardan hürkən, türkçülüyün dünyada möhkəmlənən mövqeyindən təşvişə düşən qüvvələrin göstərişi ilə baş verən təxribatlar ilk növbədə Ermənistanın özünə vurulan zərbədir.
Sabitlik üçün nəzərdə tutulan şərtlərə əməl etməyən, keçi suyu bulandırması kimi murdar niyyətlərinə uyğun təxribatlar törədən, son günlərdəki hərəkətləri ilə sərhədlərdə vəziyyəti gərginləşdirən , arxadan zərbə vurmaq xasiyyətlərini tərgitməyən ermənilər heç vaxt sülh tərəfdarı olmamışlar və olmayacaqlar da. Zəngəzur dəhlizinin bərpasından, bu yolla türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsindən qorxan dairələr Ermənistanı yeni müharibəyə hazırlasalar da, son məqamda özlərini təmizə çıxarmaq üçün bəhanələr axtarırlar. Məğlub olsalar belə hələ də havadarlarına arxalanaraq «Dağlıq Qarabağ respublikası»nın statusunun qalması, oyuncaq «Minsk qrupunun səlahiyyətlərini davam etdirməsi» kimi sərsəmləmələrini təkrarlayan ermənilərin reallıqla barışmaqdan özgə seçimi qalmayıb. Gorus-Qafan yolunda Azərbaycanın gömrük nəzarəti məntəqəsinin yaradılması separatçılarda şizofreniya əlamətləri yaradıb.

İkinci Qarabağ müharibəsində Ermənistanın fərari ordusunun 80 faizə qədərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsindən, döyüş bölgələrində qoyub qaçdıqları, vaxtı ötmüş silah- sursatlarının Bakıdakı Hərbi Qənimətlər Parkında «xəcalət çəkməsindən» dərs almayan ermənilərin ATƏT-in Minsk qrupunun fəaliyyətinin, «Qarabağ danışıqları”nın bərpa edilməsi», «status” məsələsini yenidən masaya çıxarmaq» istəkləri səhrada qum, dəryada balıq sevdasıdır. Separatçı rejim unutmamalıdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda «Dağlıq Qarabağ respublikası» adlı qurum, hər hansısa statusla bağlı ifadə yoxdur. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini imzalamaları, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, dünya siyasətinin aktual mövzularından olan və türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulması, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin həyata keçirilməsi, Azərbaycanın regionun qüdrətli ölkə adlandırılması erməniləri hələ də qəflət yuxusundan ayıltmayıb. İşğalçı ölkədə qərbyönümlü və ruspərəst qüvvələr arasında yaranan qarşıdurma, baş nazir Nikol Paşinyanın istefa tələbinin geniş vüsət alması vəziyyəti daha da gərginləşdirir. Amma başqalarının əlində oyuncaq olan ermənilər bunu da unutmamalıdırlar ki, yalvarmaqla darıdan çıxmayan donuzu eşələndiyi yerdən çıxarmaq üçün dəmir yumruq yerindədir. Prezident İlham Əliyevin «Azərbaycan xalqına müraciət edərək yumruq göstərmişdim düşmənə. Demişdim ki, bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Və eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı yumruq kimi birləşib» sözlərinin sırğa kimi ermənilərin qulaqlarından asmaq vaxtı çatıb. Separatçıların sovetlərin 366-cı alayı ilə birlikdə törətdikləri Xocalı soyqırımının canlı şahidi olan erməni əsilli, Fransada yaşayan jurnalist Berain Siracyan «Hücumdan əvvəl» məqaləsində yazır: «Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi. Qarın üzərində düşüb qalmış kimsəsiz, cansız meyitlərdən vahimələndim… Ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tək qala bilərik» sözləri, «Olum, ya ölüm» sualının labirintində çabalayan, hələ də üz tutacaqları, qapılarında boyunlarını bükəcəkləri səmti müəyyənləşdirməyən işğalçı erməniləri düşündürməlidir.

Xuraman İsmayılqızı, «İki sahil»