Vəli İlyasov |
Və yaxud gör kim kimə “xox” gəlir?
Şuşa yaxınlığındakı postumuza qumbara ataraq qaçan və qısa müddətdə ələ keçirilərək Xankəndidəki qondarma rejimə heç bir hüquqi əsası olmadan təhvil verilən terrorçu Norayr Mirzoyanın Ermənistanda qəhrəman obrazı yaradılır. Onun çaqqalvari hərəkətinin qəhrəmanlaşdırılmasında erməni mediası, jurnalistlər, şair və yazıçılar, siyasətçilər xüsusi canfəşanlıq göstərirlər.
Erməni siyasi şərhçi Qalust Qriqoryan yazır: “Allah eləməsin Rusiyada qərar qəbul edənlərdən kimsə Norayr Mirzoyanın Azərbaycana təhvil verilməsini tələb etmək fikrinə düşsün. Heç kim buna icazə verməyəcək, çünki qəhrəman qəhrəmanlıqla qorunmalıdır”.
Qriqoryan “qəhrəman” adlandırdığı Norayr Mirzoyana görə hələ ruslara hədə-qorxu da gəlir: “Ruslara xatırlatmalıyıq ki, onların hərbi bazası Gümrüdədir, səfirinin və diplomatlarının həyatı isə təhlükəsizlikdə deyil”.
Analoji hədə-qorxunu Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vahan Avakyan da səsləndirmişdi. O demişdi ki, əgər Norayr Mirzoyan Azərbaycana təhvil verilsə, Rusiyaya qarşı hücumlar təşkil edəcəklər. Daha bərk qışqıran Vazgen Avakyan hətta “Teleqram” kanalında açıq terror çağırışı etmişdi: “Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.
“Norayr Mirzoyan əsl qəhrəmandır, əsl kişidir” – bu ifadələr isə “İA Realist” saytında tirajlanıb.
Bunların ardınca Norayr Mirzoyanla bağlı Ermənistanda “xeyriyyə aksiyası” başladılıb. Aksiyanı Ermənistan parlamentinin deputatları, erməni kilsəsinin nümayəndələri, həmçinin Qarabağ separatçılarının rəhbərliyi təşkil edib. Erməni mediası yazır ki, Mirzoyan rusiyalı sülhməramlılar tərəfindən saxlanıldıqdan sonra yenidən separatçılara təhvil verilib və hazırda Xankəndi şəhərindədir. Bununla belə, proses zamanı Mirzoyanın psixiatriya xəstəxanasına yerləşdirildiyi və burada vaxtını heç də pis keçirmədiyi deyilir.
Bununla yanaşı, “Hraparak” qəzeti yazır ki, erməni millət vəkilləri və ictimai şəxslər “Mirzoyanın ailəsi maddi çətinlik çəkə bilər” iddiası ilə terrorçunun ailəsini axtarıb tapıblar. Qeyd olunur ki, terrorçunun ailəsinə artıq “ehtiyacları” üçün 1000 dollar veriblər. Erməni kilsəsinin nümayəndələri isə ailə üçün daha 3000 dollar toplayıb.
Həm sosial şəbəkələrdə, həm də mediada ermənilərin Norayrı qəhrəmanlaşdırma cəhdləri təsadüf deyil. Terrorçu, qatil və daşnak faşistlərin bu ölkədə qəhrəmanlaşdırılması ənənəsi artıq dövlət səviyyəsində qəbul olunub. Başkəsən Qaregin Njdeyə, qulağıkəsik Andronikə, quldur Monte Melkumyana abidə qoyan ermənilərdən və Ermənistan hakimiyyətindən başqa nə gözləmək olar ki?
Dünyada ən təhlükəli terror təşkilatları yaradan və terrorizmin yayılmasında müstəsna rol oynayanların önündə gedib ermənilər. Hələ 1893-cü ildə ermənilər terrorizmi məqsəd seçmiş və bu istiqamətdə təşkilatlanmışdılar. Bu terror təşkilatına maliyyə dəstəyi verməyən ermənilərin özü belə terror qurbanına çevrilirdi. Türk diplomatlarına, Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərinə qarşı terrorları yada salın! “Daşnaksütyun”u, “Qnçaq”ı, “ASALA”-nı xatırlayın, Livandakı erməni terror mərkəzlərini göz önünə gətirin! Xəyanət, satqınlıq, yaltaqlıq, terror, arxadan zərbə vurmaq bu xalqın canında-qanındadır və bu baxımdan Norayr Mirzoyana da heykəl qoya bilərlər.
Məsələ ondadır ki, bu terror çağırışlarına Ermənistan hüquq-mühafizə orqanlarının deyil, Rusiyanın və rus mediasının, siyasiləri səssiz qalıblar. Ermənistanda hətta Qaregin Njdeyə heykəl qoyulanda da rus ziyalılarının böyük əksəriyyəti susmağa üstünlük verdi və məhz ruslara, Rusiyaya xəyanət edən bu şəxsin heykəli az sonra Rusiyada da peyda oldu.
İndi Rusiya hədələnir, rus diplomatları və hərbi bazaları hədəf göstərilir ancaq qarşı tərəfdən səs çıxmır. Başqa vaxt dil-dil ötən Vladimir Solovyov mübhəm sükutdadır. Hər verilişində azərbaycanlıları aşağılayan Solovyov! Bir neçə gün əvvəl Koçaryanın təşkil etdiyi mitinqdə Rusiyaya qarşı danışan şəxsi kəskin tənqid edən və pafoslu çıxışına “mən erməniləri sevirəm” sözləri ilə başlayan məşhur rusiyalı məşhur Vladimir Solovyov indi karlaşıb və lallaşıb…
Ey Jirinovski, ey Solovyov, ey Zatulin, hardasınız? Səsiniz niyə çıxmır? Gətirib bizə əngəl elədiyiniz ermənilər indi sizə əngələ çevrilirlər. Ayılın, ermənilər sizi terrorla hədələyirlər. Nə oldu, dilinizi udmusunuz yoxsa?