Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin “Mikrobiologiya və virusologiya” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov elmi nailiyyətlərinə görə beynəlxalq elm metrik ( “Web of Science”) bazanın “Dünya alimi” (“World scientist”) sertifikatına layiq görülüb. Aldığı sertifikatda professor mikrobiologiya sahəsi üzrə əldə etdiyi elmi nailiyyətlərə görə Bakı Dövlət Universiteti və Azərbaycanda birinci, Asiyada 160794 alimin içərisində 614-cü, dünyada isə 725853 alimin içərisində 1701-ci yerdə olduğu göstərilir.
Dünya şöhrətli alim 30 iyul 1949-cu ildə dağlar diyarı Lerikin Nısoədi kəndində dünyaya göz açıbdır. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 1973-cü ildə gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə “Ağac çürüdən qov göbələklərinin ekoloji, fizioloji və biokimyəvi xüsusiyyətləri” mövzusunda Moskva Dövlət Universitetində doktorluq dissertasiyasi müdafiə edir, beş il sonra “Mikrobiologiya” ixtisası üzrə professor rütbəsini alır. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.
Alim 267 elmi əsərin, 16 kitabın, 7 monoqrafiyanın, 10 ixtiranın, 6 dərslik və dərs vəsaitlərin müəllifidir. Elmdə 6 əsas yenilik edib və 3 mükafata qazanıbdır. 10 Beynəlxalq seminar, konfransa dəvət alıbdır Həm də Azərbaycan elmi üçün özündən başqa 16 elmlər namizədı, 3 elmlər doktoru yetişdirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü