Kanada ruslara bir sıra xidmətlərin göstərilməsini qadağan edib.
“İki sahil” Kanada Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, siyahıya 28 xidmət daxildir.
“Kanada Rusiyaya aid Xüsusi İqtisadi Tədbirlər Qaydalarına əlavə dəyişikliklər edib, Rusiyanın neft-qaz və kimya sənayesinə texniki, idarəetmə, mühasibat uçotu və reklam xidmətləri də daxil olmaqla 28 xidmətin göstərilməsini qadağan edir”, - XİN-in məlumatda deyilir.
Sanksiyalar iyunun 7-dən qüvvəyə minib.
Kanadada və ölkədən kənarda yaşayan kanadalılara Rusiya və ya Rusiya vətəndaşlarına aşağıdakı xidmətləri göstərmək qadağandır:
tikinti işləri;
motor yanacağının pərakəndə satışı;
yanacaq, metal, filiz, taxta, tikinti materialları və sənaye-texniki kimyəvi maddələrin ödənişli və ya müqavilə əsasında satışı;
bərk, maye və qaz yanacaqlarının və əlaqədar məhsulların topdansatış ticarəti xidmətləri;
mazut, qablaşdırılmış qaz, kömür və odunun pərakəndə satışı;
şəxsi və məişət əşyalarının təmiri xidmətləri;
digər mənzil xidmətləri;
neft və təbii qazın nəqli;
su nəqliyyatı xidmətləri, yük daşımaları;
su nəqliyyatı xidmətləri. Yedəkləmə və itələmə xidmətləri;
maye və ya qazların saxlanması xidmətləri;
operatorsuz maşın və avadanlıqların lizinq və ya icarəyə verilməsi xidmətləri;
kompüter və əlaqəli xidmətlər;
tədqiqat və inkişaf xidmətləri;
mühasibat uçotu, audit və mühasibatlıq xidmətləri;
bazar araşdırması və rəy sorğusu xidmətləri;
menecment konsaltinq xidmətləri;
idarəetmə konsaltinq xidmətləri ilə bağlı xidmətlər;
memarlıq xidmətləri;
mühəndislik xidmətləri;
kompleks mühəndislik xidmətləri;
müvafiq elmi və texniki məsləhət xidmətləri;
texniki sınaq və təhlil xidmətləri;
reklam xidmətləri;
faydalı qazıntıların çıxarılması ilə bağlı xidmətlər;
metal məmulatların, maşın və avadanlıqların təmiri üzrə xidmətlər;
enerji paylanması ilə bağlı xidmətlər;
çirkab suların və zibillərin təmizlənməsi, kanalizasiya və digər ekoloji xidmətlər.