Tailandda Banqkokdan 160 km cənubda Ça-am kurort şəhəri (Phetçaburi əyaləti) yaxınlığında kiçik təyyarənin suya düşməsi nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı məlumat yayıb.
Hadisə yerli vaxtla saat 08:00-da baş verib.
Bildirilir ki, DHC6 - 400 Twin Otter Tayland Kral Polisinə məxsusdur və paraşütlə tullanma təlimləri üçün istifadə edilib.
Tailandın aviasiya rəsmiləri və polisi təyyarə qəzasının səbəblərini araşdırır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”