Vəli İlyasov |
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində səsləndirib. Zəngəzur dəhlizi mövzusundan əhatəli məlumat verən dövlət başçımız “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq” deyib. Prezidentin sözlərinə görə, tarix və beynəlxalq hüquq baxımından Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.
Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.
Bəli, həqiqətən də həyasızlıq nə dərəcədə olmalıdır ki, yeri-yurdu bəlli olmayan toplum özgə torpağında özünə bir dövlət qursun, sonra ikincini qurmağa çalışsın. Bu, nə beynəlxalq hüquqa, nə insanlığa, nə də humanizmə sığan bir məsələ deyil. Belə məlum olur ki, bir qədər sonra ermənilər Azərbaycan torpaqlarında üçüncü, dördüncü dövlət də quraşdırmaq istəyərlər. Necə deyərlər, iştah diş altındadır. Onların da iştahası sonsuzdur.
Ermənistandakılar sevinməlidirlər ki, Azərbaycan onlara tarixi torpağımdan çıx demir. Əgər ermənilər normal düşüncəli insan olsalar, anlamalıdırlar ki, dünyada bir mübahisəli ərazi varsa o da Ermənistandır. Ermənistanın kiməsə ərazi iddiası və ya şübhəsi olmamalıdır. Çünki özü dediyimiz kimi, Rusiya imperiyasının köməyi ilə işğal olunmuş Azərbaycan torpaqlarında qondarılıb. Təəccüblüdür, bu həyasızlardan tələb edən yoxdur ki, niyə Ermənistanda yaşayan 250 min nəfərdən çox azərbaycanlıya nəinki muxtariyyət vermədilər, əksinə, onları ata-baba yurdlarından zorakılıqla qovdular? Məlumdur ki, bu zorakılıqları onlar təkbaşına etmədilər. Buna ermənilərin ağlı və gücü yetməz. Daim qoltuğunda gəlib kölgəsində gizləndikləri ağalarının hesabına Azərbaycan torpaqlarında at oynatdılar. Ermənilər həmişə türklərə həsəd aparıblar və bunu belə bir deyimləri ilə də sübut edirlər: "Türkün sonrakı ağlı məndə olsaydı..."
Dəmir yumruqdan sonra ermənilər və onların havadarları bir qədər ağıllansalar da, amma deyəsən, ikinci dəmir yumruğa ehtiyacları var. Əgər ermənilər sülhə əngəl törətsələr, onda yeni məğlubiyyət "serial"larına tamaşa etməli olacaqlar. Dövlətçilik ənənəsi yerli-dibli olmayan ermənilər özləri öz başlarına əngəl-kələf olaraq qalırlar. Qonşularla dinc yanaşı yaşamağı bacarmayan bu ibtidai düşüncəli toplum tənəzzüldən çıxmaq üçün çalışmaq əvəzinə heç kəsə rifah gətirməyən davakar niyyətdən yaxa qurtara bilmir. Bunlar sanki zombiləşdiriliblər, deyiləni qanmaq istəmirlər, başlarında nə proqramlaşdırılıbsa, o proqramdan kənara çıxa bilmirlər. Yalnız axmaq bəhanələrlə vaxtı uzatmağa, ağalarının gicbəsər komandalarını kortəbii olaraq yerinə yetirməyə, kövrək sülhü pozmağa kökləniblər. Ancaq loru dildə desək, bütün hallarda gətirdikləri bəhanələrin altinda qalan ermənilər özləri olacaq və həmişə deyildiyi kimi, "Altda qalanın canı çıxsın!"