18 avqust 2022 12:14
530

İslamiadada son gün

Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının son gününün yarışları keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu gün Azərbaycan təmsilçiləri idman gimnastikası, kikboksinq, karate növlərində mübarizə aparacaqlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən günləri ərzində Azərbaycan komandası 85 medal qazanıb. Onlardan 26-sı qızıl, 30-u gümüş, 29-u bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.

Oyunlarda Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla ilk 3 pilləni tuturlar.