19 avqust 2022 21:43
406

Avropada qazın qiyməti 2,7 min dolları ötüb

Avropada qazın spot qiyməti “Şimal axını” magistralında təmirlə bağlı xəbərlər fonunda 1 000 kub metr üçün 2,7 min ABŞ dolları səviyyəsindən yuxarı qalxıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “İnterfaks” xəbər yayıb.

“ICE Futures” birjasında ən yaxın (sentyabr) TTF fyuçerslərinin qiyməti min kubmetr üçün 2 712 ABŞ dollarına çatıb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” qaz kəməri ilə qaz nəqlini üç gün müddətinə dayandıracağını açıqlayıb.