30 avqust 2022 17:21
419

Azərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir

Sentyabrın 1-də Türkiyədə bu ölkənin "e-devlet" portalı ilə Azərbaycanın "e-gov" portalının inteqrasiyasının təqdimatı olacaq.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

"İnteqrasiya Türkiyənin Rəqəsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumun verməli olduğu sənəd tələb olursa, onu "e-devlet"dən və yaxud əksinə Türkiyə vətəndaşı Azərbaycanda hansısa sənəd tələb olunsa onu "e-gov"dan əldə edə biləcək", - deyə o, qeyd edib.