01 sentyabr 2022 10:45
755

Siyəzəndə zəlzələ olub

Sentyabrın 1-də Siyəzən seysmoloji stansiyasından 21 kilometr şərqdə - Siyəzən rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "İki sahil"ə verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:02-də qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3-ə bərabər olan zəlzələ hiss olunmayıb.