29 sentyabr 2022 23:11
279

Beh alan şəxsin məsuliyyəti artacaq - VİDEO

Əvvəllər ev alıb-satan zaman verilən behə görə heç bir sənəd tələb olunmurdu. Bu isə bir çox hallarda pul verən tərəf üçün problemlərə səbəb ola bilirdi. Bunun kimi problemlərin qarşısını almaq üçün qanunvericiləyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu dəyişiklik daha nələri ehtiva edir?

“İki sahil” xəbər verir ki, ev alqı-satqısı zamanı verilən beh notarial qaydada təsdiqlənəcək. Bu, evlərin alqı-satqısı prosedurunun dəyişməsi ilə mümkün olacaq.

Artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunub və Mülki Məcəlləyə təklif olunan müvafiq dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu dəyişikliyin qəbulu beh alan şəxsin məsuliyyətini daha çox artıracaq. Çünki bir çox hallarda ev alğı-satqısı zamanı problemi beh alan tərəf yaradır...

Ekspertin sözlərinə görə, dəyişiklik qəbul olunsa, bu kimi problemlər də aradan qalxacaq.

Ekspert Ramil Osmanlının fikrincə, qanuna dəyişiklik qəbul olunsa, beh müqavilələrinin imzalanmasına görə notariusda ödənməli olan rüsümlara da yenidən baxılmalıdır. Çünki alğı-satqı zamanı ev satan tərəf bir çox rüsumlar ödəyir. Bir də behə görə ödənəcək məbləğ bura əlavə olunsa, onun xərcləri artacaq. Ona görə ev alğı-satqısı zamanı ödənəcək rüsumların azaldılması istiqamətində də addım atılmalıdır.