Əhməd Qurbanoğlu |
[email protected] |
Onsuz da bütün yollar sizi Bakıya aparır...
Rus “sülhməramları”nın kürəyinin arxasında gizlənərək tarixi Azərbaycan ərazisində yenidən “artsax”, “miatsum” (birləşmək) çığır-bağırtısı salan, keçinin əcəli yetəndə çobanın çomağına sürtündüyü kimi, gündə bir təxribat törədib aranı qarışdırmağa çalışan daşnak tör-töküntüsü deyəsən 2020-ci ilin 9 noyabrını unudub. O 9 noyabrı ki, artıq müzəffər Azərbaycan Ordusunun qəhrəman döyüşçülərinin Xankəndinin bir neçə addımlığında qərar tutduqlarını eşidən ermənilər dabanlarına tüpürüb qaçmağa başlamışdılar. Xankəndi-Laçın, Ağdərə-Basarkeçər magistral yolları ilə “ana Ermənistan” istiqamətində sürətlə şütüyən avtomobillərin fasiləsiz, həyəcanlı siqnal səslərindən qulaq tutulur, minik və yük maşınları bir-birlərinin “belinə” minir, vahimə içində vurnuxan, qorxudan gözləri bərələ qalan “artsax”ın “igid döyüşçüləri” və onların züytutanları nəyin bahasına olursa-olsun artıq onlar üçün cəhənnəmə çevrilmiş tarixi Azərbaycan torpaqlarından qaçıb canlarını qurtarmağa çalışırdılar.
“Arxalı köpək qurd basar” deyib ata-babalarımız. Bu gün himayədarlarına-Rusiya “sülhməramlı”larına güvənib yenidən “cəsarətə”, “qeyrətə” gələn Qarabağdakı bir ovuc ermənidən soruşmaq gərəkdir ki, ay dığa, ay axçi, bu nə həvəsdir belə düşmüsünüz? Əvvəla, bilin ki, rus hərbçiləri bu əzəli Azərbaycan ərazisində müvəqqəti, 5 il müddətinə yerləşiblər. Bəs 5 ildən sonra nə edəcəksiniz? İkincisi, əgər bu ərazilər “artsax”, “qədim erməni torpağı” idisə, bəs nə üçün iki il əvvəl Azərbaycan hərbçilərinin ayaq səslərini eşidər-eşitməz dabanınıza tüpürüb o qovhaqovla, o basabasla tülkü kimi qaçırdınız? Onu da soruşmaq gərəkdir ki, əgər ərazilərimizin 20 faizini işğalda saxladığınız, sərhədlərimizin 132 kilometrinə əzizxələfiniz İranla birlikdə nəzarət etdiyiniz 30 ildə bədnam “miatsum” niyyətinizi reallaşdıra bilmədinizsə, bu gün Xankəndi ilə Ermənistan arasında əlaqəni nəzərdə tutan Azərbaycanın inşa etdiyi, eni 5-6 metr, uzunluğu 32 kilometr olan Laçın yolu vasitəsilə bu alçaq niyyətinizə necə çatacaqsınız? Həm də onu soruşmaq gərəkdir ki, dörd bir yandan İkinci Qarabağ müharibəsində “yenilməz Ermənistan ordusu”na qan udduran müzəffər Azərbaycan Ordusu tərəfindən küncə sıxışdırılmış, bir şəhərə, üç rayona sığınmış, bir ovuc separatçının və rus “sülhməramlıları”nın girovuna çevrilmiş 25-30 min qoca-qaltaq erməni ilə “müstəqil “artsax respublikası”nı necə quracaqsınız?
Belə görünür ki, artıq iki ildir başınızın üstündə “Domokl qılıncı” kimi fırlanan dəmir yumruğun yenidən işə düşməsini istəyirsiniz. Əgər müzəffər Azərbaycan Ordusunun sizlər üçün tarixi dərsləri olan “Dəmir yumruq”, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarının yenidən başqa bir formada təkrarlanmasını istəmirsinizsə ağlınızı başınıza yığıb qaxılın oturun yerinizdə! Nə ənənəvi himayədarınız Rusiyanın “sülhməramlı” qüvvələrinə, nə də yeni adaxlınız Fransa Prezidenti Emmanuel Makronun sərsəm bəyanatlarına, bu ölkənin Senatının və Milli Assambleyasının iki gündən bir qəbul etdikləri adi kağız parçasından fərqlənməyən qətnamələrinə, Moskvadan xüsusi missiya ilə Xankəndiyə göndərilmiş həmcinsiniz Ruben Vardanyanın rus xalqından oğurladığı milyardlarından qabağınıza atılmış qəpik-quruşa bel bağlamayın. Unutmayın ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil! Bugünkü qüdrətli Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sizin və güvəndiklərinizin hər bir təxribatına yerindəcə adekvat cavab vermək iqtidarındadır.
Gördünüz də Azərbaycan dövləti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də bu qeyri-qanuni prosesin ekologiyaya mənfi təsirinin nəticələrinin aradan qaldırılması məqsədilə buradakı hərbi kontingentin komandanlığı ilə əvvəlcədən əldə edilmiş razılaşma əsasında dekabrın 10-da monitorinq keçirilməsinə Moskvadan xüsusi missiya ilə Xankəndiyə “ezam edilmiş” Ruben Vardanyanla rus “sülhməramlıları”nın birgə təxribat planı əsasında maneçilik törədilməsinə necə sərt reaksiya verdi. Xarici İşlər Nazirliyimizin Rusiyaya verdiyi notada nümayəndələrimizin qeyd edilən yataqlara girişinə maneçilik törədilməsinin qəbuledilməz olduğu, Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi sərt şəkildə diqqətə çatdırıldı.
Heç Fransa turnesinə çıxmış quldurbaşınız Araik Arutyunyanın müxtəlif strukturlarda keçirdiyi mənasız görüşlərə, “France 24” telekanalında çərənləmələrinə də bel bağlamayın. Bilin və agah olun: nə qədər atılıb-düşsəniz də, nə qədər təxribat törətsəniz də, bir az gec, bir az tez bütün yollar sizi BAKIYA aparacaq!..