23 dekabr 2022 08:26
475

Sloveniyanın yeni seçilmiş prezidenti and içib

Sloveniya Respublikasının yeni seçilmiş prezidenti Nataşa Pirç Musar ölkə parlamentinin Dövlət Assambleyasının (aşağı palata) iclasında and içib.

“İki sahil” xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Nataşa Musar respublikanın konstitusiyasına əməl edəcəyinə və ölkənin çiçəklənməsi naminə vicdanla hərəkət edəcəyinə söz verib.

Xatırladaq ki, noyabrın 13-də respublikada keçirilən prezident seçkilərinin ikinci turunda Pirç Musar qalib gəlib. Səslərin 53,89 faizini qazanan 54 yaşlı Nataşa Musar Sloveniyanın ilk qadın prezidenti kimi tarixə düşüb.