16 iyul 2025 09:43
128

Zaxarova: ABŞ-ın Aİ hesabına Kiyevə silah tədarükü ölüm ayağında olan adama yemək pulu verilməsi kimidir

Avropa İttifaqının hesabına Kiyevə yeni Amerika silahlarının tədarükü avropalıların ölüm ayağında olan adama yemək pulu verməsi kimidir.

İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərini sitat çəkərək bildirib ki, əgər silahlar üçün ödənişi Avropa ölkələri edəcəksə, bu zaman onların tədarükçüsünün doğrudan da ABŞ olmasına şübhə yaranır.

"Kajanın nə isə başa düşməyə başladığınımı demək olar? Gəlin kömək edək: bu elə bil sənə deyirlər ki, yeməyin pulunu sən ödəyirsən, amma onu başqası yeyir və sonra ölür. Düzdür?" — deyə o, Telegram kanalında yazıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”