19 fevral 2023 02:51
601

Fransanın Azərbaycandakı səfiri Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokundan danışdı

Fransa gimnastları Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun təşkilindən çox razıdırlar.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə batut gimnastikası üzrə Dünya Kuboku yarışlarında olub. Fransa səfiri Dünya Kubokunda iştirak edən ölkəsinin idmançıları ilə görüşüb.

"İlk dəfədir ki, Bakıda Milli Gimnastika Arenasına gəlirəm. Bu gün Fransa yığmasına dəstək olmaq üçün gəlmişəm. Yarışın yaxşı təşkilini, burada yaradılan şəraiti görməkdən məmnunam. Həmçinin Fransa komandasının üzvləri mənimlə söhbətlərində qeyd etdilər ki, Bakıya hər gəlişləri zamanı onları səmimi qarşılayırlar və yarışlar da çox yaxşı keçir", - deyə səfir bildirib.

Kubokda Fransa yığmasının üzvlərinin təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəlməsindən danışan səfir idmançıların əldə etdikləri nəticələrdən razı qaldıqlarını qeyd edib.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.