31 may 2023 18:03
309

Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərilib

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.