09 iyul 2025 09:40
103

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Hadisə Şiştəpə kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi "KİA" markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.

Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"