25 iyun 2023 12:56
605

Kıvanç Tatlıtuğ oğlu ilk dəfə görüntüləndi

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ ilə stilist Başak Dizerin oğlu ilk dəfə görüntülənib.

“İki sahil”  Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir övladlarının üzünü gizləyərək fotolarını paylaşan ailə bu dəfə ənənələrinə sadiq qala bilməyiblər. Belə ki, onlar ötən gün alış-verişə çıxan zaman kameralara tuş gəliblər. Qısa zamanda sosial şəbəkələrdə yayılan foto böyük marağa səbəb olub.  

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 7 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. Ötən il aprelin 15-də isə onların Kurt Efe adlı oğulları dünyaya gəlib.