23 iyul 2023 20:35
544

Nərimanov rayonunda yanan bina söndürülüb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 54 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.