10 sentyabr 2023 13:49
209

Gəncədə Rus Provaslav Kilsəsinin 136 illiyi qeyd olunub

Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 136 illiyi münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sədri və nümayəndələri, rəsmi şəxslər və xristian dinindən olan sakinlər iştirak edib.

Qeyd edək ki, Aleksandr Nevski Kilsəsi Gəncə şəhərində 1887-ci ildə tikilib. Kilsə Bakı yeparxiyası tabeliyindədir.

Məbəd 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb.