04 noyabr 2023 08:32
257

Çin orbitə eksperimental rabitə peyki çıxarıb

Çinin “Long March-7A” daşıyıcı raketi eksperimental "TJS-10" rabitə peykini aşağı Yer orbitinə uğurla çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) bildirib.

Raket yerlı vaxtla saat 22:54-də Vençan kosmodromunun buraxılış meydançasından buraxılıb.

Buraxılan raketin yüksək sürətli çoxzolaqlı peyk rabitəsi texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə edilməsi planlaşdırılır.