Avropa Komissiyası 2025-ci illə bağlı iqtisadi artım proqnozuna dəyişiklik edəcək.
“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bu gün 2025-ci illə bağlı ÜDM proqnozlarını elan edəcək. Avropa Komissiyası bu dəfə proqnoz verərkən ABŞ-ın tətbiq etdiyi gömrük tariflərini də nəzərə alıb. 20 ölkəni əhatə edən vahid valyuta məkanında ÜDM-in artımı ilə bağlı proqnozun aşağı salınacağı gözlənilir. Nəticələr günün sonunda məlum olacaq.
Qeyd edək ki, Avropa Komissiyasının 2024-cü ilin noyabrında verdiyi proqnozda Avropa İttifaqında 2025-ci ildə 1,3 faiz, gələn il isə 1,6 faiz iqtisadi artım ehtimal edilirdi.