27 fevral 2024 13:31
290

Qroznı məhkəməsi Quranı yandıranı 3,5 il müddətinə azadlıqdan məhrum edib

Qroznının Visaitovski rayon məhkəməsi Volqoqradda məscidin yaxınlığında Quranı yandırmaqda təqsirləndirilən Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS-ın müxbiri məhkəmə zalından xəbər verib.

Təqsirləndirilən şəxsin vəkili Yuliya Antonova hökmdən apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Günel Cəlilova, "İki sahil"