15 aprel 2024 14:32
336

Heç bir halda öz başına aptekdən damcı almayın! - OFTALMOLOQDAN ÇAĞIRIŞ

Yaz allergiyası ağacların tozlanma dövründə insanların bu tozcuqlara verdikləri müxtəlif reaksiyalardır. Yaz allergiyası mövsümi allergik konyuktivitler, rinitlər, faringit, bronxospazm və s. özün büruzə verir. Mövsümi allergik konyuktivitlərin digər allergik məsələn (qida, dərmana) fərqi yazda meydana çıxır, 2-3 gün davam edir və sonra keçir. Bu simptomlar uşaq yaşlarında daha çox özünü göstərir.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında oftalmoloq Vüsalə İsrailova söyləyib.

Oftalmoloqun sözlərinə görə, göz allergiyasının əlamətləri gözdə qaşınma, yad cisim hissiyatı, yaş axma, qızartı, şişkinlik, işığa həssaslıq, bəzi ağır formalarda göz qapaqlarının sallanması da olur. Bu əlamətlər yazın ilk aylarından başlayır və  payıza doğru sakitləşir. Xəstəlik mövsümi, həmçinin  xroniki xarakter daşıyır. Normal müalicə edilmədikdə, hətta qış aylarında belə, narahat edir, kecir.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, bahar konyuktiviti olan şəxslər daimi Günəş eynəklərindən,  xüsusilə də ultrabənövşəyi şüaları keçirməyən eynəklərdən istifadə etməlidirlər. Yazın ilk günlərindən antihistamin dərmanlar, allergiyaya qarşı və süni göz yaşı damcılarından istifadə etməlidirlər. Təbii ki, su faktorunu da unutmaq lazım deyil. Mütləq gün ərzində 2 litrə yaxın su içilməlidir. Yaz və yay aylarında açıq rəngli paltarlara üstünlük vermək , papaq, kepkalar taxmaq lazımdır.

Oftalmoloq tövsiyə edir ki, heç bir halda  öz başına aptekdən damcı almayın! Aptek satıcısı həkim deyil! Çox təəssüf ki, biz belə hallarla çox rastlaşırıq  -xəstəyə hormonal dərmanlar verilir, bu dərmanları bəzən xəstələr uzun müddət istifadə edir və nəticədə qara su xəstəliyi, mirvari suyu xəstəliklərinin yaranmasına təkan verir.

Yaqut Ağaşahqızı, “İki sahil”