15 iyun 2024 23:23
131

Sarkozi: Ukraynanın Aİ-yə qəbulu ideyası sağlam düşüncəyə ziddir

Fransanın sabiq prezidenti bir müddət əvvəl qeyd edib ki, bu ölkə neytral qalmalı və Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.

Ukraynanın Avropa İttifaqına qoşulması ideyası sağlam düşüncəyə ziddir.

“İki sahil” xəbər verir ki, bunu Fransanın sabiq prezidenti Nikola Sarkozi “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

“Mən artıq Ukraynanı qəbul etmək naminə Avropa Birliyinin sürətləndirilmiş və sonsuz genişlənməsi strategiyasına qarşı xəbərdarlıq etmişəm”.

N.Sarkozinin fikrincə Ukrayna neytral ölkə olaraq qalmalı və Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.

Qeyd edək ki, İyunun 14-də Aİ-nin 27 ölkəsinin daimi nümayəndələri Moldova və Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqların iyunun 25-də başlanması barədə razılığa gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”