26 iyun 2024 09:05
265

Qəbələdə leysan yağışları güclü fəsadlar törədib

Səhər saatlarından başlayaraq güclü leysan yağışları Qəbələdə fəsadlar törədib.

“İki sahil” xəbər verir ki, küləklə müşayiət olunan leysan yağışları nəticəsində bir çox küçələri sel suları dağıdıb, ağaclar aşıb, hələ də rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ Şəki avtomobil yolunda külək nəticəsində bir çox ağac aşaraq yolun müvəqqəti bağlamasına səbəb olub.

Hazırda ərazidə işlər aparılır.