27 iyun 2024 21:58
161

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.

Müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub. İntensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.