27 iyun 2024 22:29
261

Yaşayış binasında yanğın olub, 6 nəfər tüstüdən zəhərlənib

Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki,  yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib:

2001-ci il təvəllüdlü Tural Məmmədov,

1994-cü il təvəllüdlü Elvin Nağıyev,

1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,

Tərlan Kərimov,

Mütəllim İbrahimov,

Fərid Nədibov.

Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

***

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Yanğın nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanadadır.