29 iyun 2024 19:08
160

Traktorun qoşqusuna yığılan ot yanıb, 1 nəfər yanıq xəsarəti alıb

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində "Belarus" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlamasının 0,5 tonu yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirli məlumat yayıb.

Qeyd edilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.