01 iyul 2024 10:41
142

Nazir: Təhsil siyasətinin nə olduğunu anlamayanlar var

Hələ də təhsil siyasətinin nə olduğunu anlamayanlar var.

“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, iki şagird arasında olan münaqişə təhsil siyasətinə aid deyil.

“Təhsil siyasətinin nə olduğunu anlayıb, bu barədə müzakirələr aparmalıyıq.

Məktəbəqədər təhsildə ilk prioritetimiz təhsilin əlçatanlığıdır. Bu istiqamətdə irəliyə doğru addım atmışıq. Əlavə 100.00 məktəbəqədər hazırlıq yerləri açılacaq. Bununla bağlı bir neçə modellərimiz mövcuddur”,- deyə nazir bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilən hər bir kənddə, ərazilərdə məktəbəqədər təhsil müəssisələri açılır və prosses davam edəcək. Hazırda digər modellər üzərində də iş gedir. Sentyabr-oktyabr ayında pilot layihə başlayacaq.