03 iyul 2024 00:54
433

AVRO-2024: Türkiyə 1/4 finalda!

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.

Görüşü portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

***

1-ci dəqiqədə Türkiyə hesabı açır. Merih Demiral fərqlənir.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.