02 iyul 2024 11:06
116

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, iyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər.

Həmçinin keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.